Rusiya sərhədin delimitasiyasına ümid edir

Rusiya sərhədin delimitasiyasına ümid edir

Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Sülh müqaviləsi üzrə prosesdə irəliləyişin əldə olunmasına 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixlərində imzalanmış üçtərəfli sazişlər kömək edəcək. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün yol xəritəsi formalaşdırılıb”, – o bildirib.

M.Qaluzin, həmçinin, regionda nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözlədiklərini qeyd edib.

Teqlər: