Rusiya xüsusi xidmət orqanları Şimali Qafqazda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə törətmək istədiyi terror aktının qarşısını alıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Bu ilin yanvarında Rusiya FTX-si Rusiya vətəndaşı olan millətçi ideologiya tərəfdarının Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə planlaşdırdığı terror xarakterli cinayəti törətmək cəhdinin qarşısını alıb”, – məlumatda bildirilir.
Qeyd olunur ki, yaşayış yerində aparılan axtarış zamanı istifadəyə hazır terror vasitələri götürülüb, dindirilmə zamanı saxlanılan şəxs hər şeyi etiraf edib.
Bu faktla bağlı terror aktına hazırlıq işi açılıb. Digər təfərrüat açıqlanmır.