Gərginlik: Rusiya eston səfiri ölkədən qovur

Gərginlik: Rusiya eston səfiri ölkədən qovur

Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Estoniya səfiri XİN-ə çağırılıb və Tallinin hərəkətlərinə görə ona kəskin etiraz edilib.

“Rusiya tərəfi Estoniyadakı diplomatik nümayəndəlik səviyyəsini aşağı salmaq qərarına gəlib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu, Tallinin Rusiya səfirliyinin tərkibini kəskin ixtisar etməsinə cavabdır və Xarici İşlər Nazirliyi buna görə bütün məsuliyyətin tamamilə Estoniya tərəfinin üzərində olduğunu izah edib.

Estoniya səfirinə fevralın 7-dək Rusiya ərazisini tərk etmək əmri verilib.

Teqlər: