Rusiya səfirliyinə edilən hücuma Bakıdan reaksiya

Rusiya səfirliyinə edilən hücuma Bakıdan reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Əfqanıstandakı səfirliyinin qarşısında edilən terror hücumunu pisləyib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan XİN açıqlama yayıb.

“5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatının, habelə əfqan vətəndaşlarının vəfat etməsi xəbərini kədərlə qarşılayırıq. Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbul edilməzdir.

Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik”, – məlumatda bildirilib.

Teqlər: