Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı

Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes erməni mediasına istinadən xəbər verir ki, rus səfirin XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır.

Belə ki, ərazidə baş vermiş insidentlə bağlı səfirə kəskin narazılıq çatdırılıb.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması və vəziyyəti düzəltmək üçün bütün lazımi tədbirlərin görülməsi ilə bağlı müraciət edilib.

Qeyd edək ki, ötən gün S.Kopırkin ermənilərin etirazı fonunda verdiyi açıqlamasında Rusiya sülhməramlılarının Qarabağda alternativinin olmadığını bildirmişdi.

Teqlər: