Rusiya səfiri bu Moldova XİN-ə çağırıldı

Rusiya səfiri bu Moldova XİN-ə çağırıldı

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Moldova XİN paylaşıb.

Bildirilib ki, səfir XİN-ə martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlara görə çağırılıb.

“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, – paylaşımda vurğulanıb.

Teqlər: