Rusiya səbirsizliklə qışı gözləyir: Hər şey dəyişəcək

Rusiya səbirsizliklə qışı gözləyir: Hər şey dəyişəcək

Avropanın bir sıra ölkələrində iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı kütləvi aksiyalar keçirilir. Qışda isə Avropa soyuqla mübarizə aparmalı olacaq. Bax onda xaos dövrü başlayacaq ki, bu da dünyanın siyasi kursunu Rusiyanın xeyrinə dəyişəcək.

AzerTimes xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Avropa liderlərinin əksəriyyəti öz dövlətlərinin və vətəndaşlarının milli maraqlarını müdafiə edə bilmirlər. Fikrimcə, Fikrimcə, AB-dəki daxili siyasi qarışıqlıq son nəticədə milli yönümlü partiyaları və hökumətləri hakimiyyətə gətirəcək. Yeri gəlmişkən, bu artıq İtaliyada baş verdi. Bu, hələ başlanğıcdır. Qarşıdan qış gəlir və istilik haqqını ödəməyə heç nə yoxdur. Düşünürəm ki, bu, AB-nin bütün ərazisində qiyamlara səbəb ola bilər. Nəticədə Moskva ilə dialoq başlayacaq və Avropa onu bataqlığa soxan ABŞ “himayəsindən” tədricən çıxacaq”, – o bildirib.

Teqlər: