Dünya buğda fyuçersləri Rusiyanın Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracına icazə verən sazişdən çıxmasından sonra yüksəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Çikaqoda buğda erkən ticarətdə 7,7% artaraq 8,9325 dollara yüksəlib. Qarğıdalı 2,8%, soya yağı isə 3% bahalaşıb. Ən son tədarük azalması qlobal ərzaq inflyasiyasını artıra bilər. Qiymət artımı davam edərsə, aclıq təhlükəsi daha da artar”, – məlumatda deyilir.