Rusiya S-500 zenit-raket komplekslərini sınaqdan keçirir

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada S-500 zenit-raket kompleksinin sınaqları uğurla davam edir.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin və hərbi-sənaye müəssisələrinin rəhbərliyi ilə iclas zamanı deyib.

O bildirib ki, sınaqlar başa çatdıqdan sonra həmin komplekslər qoşunların ixtiyarına veriləcək.


V.Putin əlavə edib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin zenit-raket alaylarının 70 faizdən çoxu S-400 zenit-raket kompleksləri ilə silahlanıb.