Rusiya rəsmilərinə Ermənistana səfər qadağa olundu

Rusiya rəsmilərinə Ermənistana səfər qadağa olundu

May bayramları ərəfəsində Rusiya dövlət qulluqçularının istirahəti üçün imkan pəncərəsi daha da kiçilib. Rəsmilərdən hər gedişi koordinasiya etmək tələb olunur, indi nəinki dost olmayan ölkələr, hətta Ermənistana səfərə də qadağa qoyulub.

AzerTimes xəbər verir ki, bu barədə “Mojem obyisnit” Teleqram kanalı məlumat yayıb.

Rusiya Dövlət Dumasının aparatındakı mənbə bildirib ki, deputatlar xaricə səfər etmək üçün Dövlət Dumasının sədri Vyaçeslav Volodindən razılıq almalıdırlar. Bəzilərinə hətta Abxaziyaya getmək də qadağan edilə bilər.

Teqlər: