Rusiya raketlərini vura bilərik – Polşadan gözlənilməz

Rusiya raketlərini vura bilərik – Polşadan gözlənilməz

Polşa hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə Ukrayna ərazisi üzərində Rusiya raketlərinin vurulması ehtimalı nəzərdən keçirilir, lakin hələlik konkret qərarlar yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Pavel Vronski bildirib.

“Bu məsələyə hüquqi və texniki nöqteyi-nəzərdən baxılır, lakin indi heç bir qərar yoxdur”, – deyə o bildirib.

O vurğulayıb ki, Polşanın hava hücumundan müdafiə sistemlərinin Ukraynaya fiziki təhvil verilməsindən söhbət getmir:

“Polşanın hava hücumundan müdafiə sisteminin ölkə hüdudlarından kənarda olması ehtimalı yoxdur”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Röyters” agentliyinə müsahibəsində qonşu NATO dövlətlərindən ölkənin hava məkanında hədəfləri vurmaq üçün döyüş təyyarələrindən və HHM-lərdən istifadə etməyi xahiş etmişdi.

Teqlər: