Mayın 26-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi raket hücumu səbəbindən Polşa müttəfiq ölkələri ilə birlikdə hərbi təyyarələri havaya qaldırıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığından məlumat verilib.
Bildirilib ki, bu gecə, xüsusən də Ukraynanın qərbində yerləşən hədəflərə uzaqmənzilli Rusiya aviasiyasının intensiv zərbələri müşahidə olunub:
“Nəzərə almaq lazımdır ki, Polşa və müttəfiqlərin təyyarələri hava məkanında işləyir, bu da ölkənin cənub-şərq hissəsində səs-küyün artmasına səbəb ola bilər”.