Daha bir ölkə vətəndaşlarını Kaledoniyadan çıxarır

Daha bir ölkə vətəndaşlarını Kaledoniyadan çıxarır

Cənubi Koreya iğtişaşların hökm sürdüyü Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etməyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaranmış gərgin vəziyyət fonunda təhlükəsizlik məsələləri səbəbindən 6 koreyalı təxliyə edilib. Onlar hava nəqliyyatı ilə Yeni Kaledoniyadan çıxarılıb.

Nazirlik Yeni Kaledoniyadakı digər koreyalıların təhlükəsizliyi üçün lazımi addımlar atılacağını açıqlayıb.

Teqlər: