Rusiya qoşunları Ukrayna şəhərində mühasirəyə düşdü

Rusiya qoşunları Ukrayna şəhərində mühasirəyə düşdü

Ukrayna müdafiə bölmələri Krasnoqorovka şəhərinə daxil olan Rusiya hücum qrupunu mühasirəyə alıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Xortitsa” qoşunlarının əməliyyat-strateji qrupunun nümayəndəsi, polkovnik-leytenant Nazar Voloşin deyib.

“Düşmən kiçik qrupla şəhərə soxulub və zavod ərazisində yerləşib. Bölmələrimizin, xüsusilə 59-cu briqadanın səyləri nəticəsində, düşmənin hərəkəti məhdudlaşıb və hələ də oradadır”, – deyə o bildirib.

Voloşin qeyd edib ki, hazırda Rusiya hərbçilərinin sursat təchizatı kəsilib.

Teqlər: