Rusiya qoşunları Belarusda yerləşdirilir

Rusiya qoşunları Belarusda yerləşdirilir

Hazırda Belarusun on yaşayış məntəqəsində rus qoşunları var.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib.

“Rusiya qoşunları oradadırlar. Mən sizə dəqiq rəqəm deməyəcəyəm, amma rus bölmələri yerləşdirilib. Rusiya ordusunun hərbçilərinin olduğu təxminən on yaşayış məntəqəsi var. Bundan əlavə, biz Belarus ərazisində də yerləşdirilən “İsgəndər” operativ-taktiki raket sistemləri haqqında bilirik və bu, ərazimizə davamlı raket zərbələri təhlükəsi yaradır”, – Motuzyanik bildirib.

Teqlər: