Rusiya qeydə aldı: Yerə astroid yaxınlaşır

Rusiya qeydə aldı: Yerə astroid yaxınlaşır

Rusiyadakı iki rəsədxana Yer kürəsinə yaxınlaşan “SE37” adlı asteroidi qeydə alıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının İ.M.Keldış adına Tətbiqi riyaziyyat İnstitutu məlumat yayıb.

Məlumata görə, asteroid oktyabrın 1-də görüntülənib.

İnstitutdan verilən məlumata görə, asteroidin diametri yarım kilometrə bərabərdir.

Bildirilib ki, kosmik obyekt Yer üçün heç bir təhlükə yaratmır.

Teqlər: