Rusiya qərb sosial şəbəkələrini bloklamağı planlaşdırmır – Putin

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya hakimiyyəti qərb sosial şəbəkələrini bloklamağı planlaşdırmır.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya qanunlarının tələblərini yerinə yetirməyə xarici sosial şəbəkələrlə bağlı problem mövcuddur:

“Bizim bu cür planlarımız yoxdur. Heç kimi bloklamağı hazırlaşmırıq. Əksinə, onlarla işləmək niyyətindəyik”