Rusiya Qərb raketlərinin anbarını məhv etdi

Rusiya Qərb raketlərinin anbarını məhv etdi

Rusiya hərbçiləri Odessa vilayətində Ukraynaya məxsus Qərb istehsalı olan raket silahları anbarını məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Odessa şəhəri yaxınlığında Qərb istehsalı olan raket silahlarının anbarı, S-300 zenit-raket kompleksinin radar stansiyaları, həmçinin P-19 məhv edilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin birgə logistika mərkəzinin yanacaq anbarı da vurulub.

Teqlər: