Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qazının qiymətinin məhdudlaşdırılması ilə bağlı fikir ayrılığına malikdir.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” alyansın yüksək vəzifəli diplomatına istinadən məlumat yayıb.
“Hazırda qiymət hədləri ilə bağlı konsensusa bənzəyən heç bir şey yoxdur”, – diplomat bildirib.
Nəşrin həmsöhbətinin sözlərinə görə, hazırda yalnız Rusiya qazı üçün qiymət həddinin tətbiqi məsələsində ölkələr arasında konsensusa nail olmağın mümkün olub-olmayacağını proqnozlaşdırmaq çətindir.