Belarusların beyni “yuyulmayıb”, hücum etməzlər!

Belarusların beyni “yuyulmayıb”, hücum etməzlər!

Belarus əsgərlərinin Ukrayna ilə müharibəyə motivasiyası yoxdur, əgər onlara döyüş əmri verilərsə, silahlarını yerə qoyarlar.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Nazirin fikrincə, Belarusda təbliğatın səviyyəsi Rusiyadan xeyli aşağıdır və buna görə də “beyin yuyulması”nın effekti azdır:

“Belarusları şüurlu şəkildə Ukrayna ilə müharibəyə getməyə, heç bir səbəb olmadan öldürməyə və ölməyə nə sövq etməli olduğunu başa düşə bilmirəm”.

Teqlər: