Rusiya qazı atom enerjisi ilə əvəz ediləcək? – Berbok

Rusiya qazı atom enerjisi ilə əvəz ediləcək? – Berbok

Biz mürəkkəb bir yol keçmişik, bunu ondan ötrü etməmişik ki, bağladığımız atom elektrik stansiyalarını yenidən işə salaq.

AzerTimes xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok atom energetikasına qayıtma barədə şərh verərkən deyib.

Nazir söz verib ki, ən pis halın baş verməməsi üçün hökumət əlindən gələni edəcək:

“Əgər bizdə istilik təchizatı daha az olarsa, onda biz cüzi idxalın ədalətli bölgüsünə qayğı göstərəcəyik”.

Annalena Berbok bəzi alman siyasətçilərin qalan üç atom elektrik stansiyasının daha uzun müddət istismar edilməsi haqqında tələblərini yenidən rədd edib. Almaniya diplomatiyasının başçısı vurğulayıb:

“Nüvə energetikasına qayıdış olmayacaq. Bu məsələ hərtərəfli öyrənilib. Bu yolla getmək lazım deyil”.

Qeyd edək ki, daha öncə Rusiyadan təbii qazın “Şimal axını” boru kəməri ilə Avropaya nəql edilməsi dayandırılıb.

Teqlər: