Rusiya qarant deyil, Qərb olmayacaq: bəs, nə edək?

Rusiya qarant deyil, Qərb olmayacaq: bəs, nə edək?

Çoxlarının beynində belə bir model var ki, bizim təhlükəsizliyimizi təmin etmək funksiyalarını yerinə yetirən hansısa bir Rusiya var idi və indi onun yerinə bu təhlükəsizlik funksiyalarını yerinə yetirəcək başqasını seçmək lazımdır.

AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan erməni mediasına açıqlamasında deyib.

“Hər iki tezis səhvdir. Rusiya ən azı 2016-cı ildən bu funksiyaları yerinə yetirməyib, hələ də yerinə yetirmir və yerinə yetirmək niyyətində də deyil. Onlar məşğuldurlar, başqa yerlərdə öz qayğıları çoxdur. Rusiya qarant deyildi.

Bu xəyali Rusiyanı başqası, o cümlədən Qərb əvəz edə bilərmi? Əlbəttə ki, yox. Gec-tez özümüz işləməli olacağıq, yoxsa işlər daha da pisləşəcək”, – o bildirib.

Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, münaqişənin iki tərəfi razılığa gəlmək istəyəndə, lakin belə imkan olmadıqda, onlara texniki vasitəçi lazımdır:

“Bunun üçün adətən regionda marağı olmayan ölkə seçilir. Məsələn, Rusiya sadəcə olaraq vicdanlı broker ola bilməz, çünki bu regionda oyunçudur, neytral ola bilməz”.

O xatırladıb ki, Rusiya və Qərb çox kəskin münaqişə vəziyyətindədir, ona görə də Qərbin istənilən hərəkəti Rusiyada qısqanclığa səbəb olur:

“Ancaq bizim cəbhələrimizdə Qərb-Rusiya ziddiyyətləri baxımından ciddi heç nə baş vermir. Media səs-küyünə az diqqət yetirmək lazımdır. Rusiya və Qərb ölkələrinin real ziddiyyətlər üçün yeri var – Ukrayna”.

Teqlər: