Rusiya Silahlı Qüvvələri Qara dənizə daha iki raketdaşıyıcı cəlb edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” komandanlığı məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Qara dəniz akvatoriyasında vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.
“Düşmən Qara dənizdə döyüş növbəsinə bir suüstü və bir sualtı raketdaşıyıcı cəlb edib. Beləliklə, buraxılışa hazır “Kalibr” tipli raketlərin sayı 12-yə qədər çata bilər”, – deyə bildirilib.
Hərbçilər hazırda raket təhlükəsi səviyyəsinin yüksəldiyini qeyd ediblər.