ATƏT-dəki nümayəndəlikdən erməni təxribatı ilə bağlı bəyanat

ATƏT-dəki nümayəndəlikdən erməni təxribatı ilə bağlı bəyanat

Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesini pozmağa yönəlmiş təxribatları və təcavüzü ilə bağlı Bəyanatla çıxış edib.

AzerTimes xəbər verir ki, bəyanatda cari ilin 10-11 may tarixlərində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyi, nəticədə isə Azərbaycan Ordusunun 1 hərbi qulluqçusunun həlak olduğu, Ordumuzun 1 hərbi qulluqçusunun isə ağır yaralandığı diqqətə çatdırılıb.

Ermənistanın Vaşinqton görüşündən dərhal sonra qəsdən törədilmiş bu təxribatın, Ermənistanın sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını göstərdiyi bildirilib.

Son dövrlərdə Ermənistanda baş verən hadisələrin, xüsusilə Azərbaycan hərbçilərinə qarşı qondarma “məhkəmə prosesi”, “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin qoyulmasının bölgədə sülh və təhlükəsizliyə təhdid törədən revaşizm meyllərin artdığını nümayiş etdirdiyi qeyd olunub.

Bəyanatda, həmçinin normallaşma gündəliyinin təşəbbüskarı olan və hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparan Azərbaycanın gərginlikdə maraqlı olmadığı, habelə təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri gördüyü söylənib.

Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olduğu, o cümlədən bu ölkəni sülh gündəliyinə sadiq qalmağa təşviq etmək məqsədilə beynəlxalq səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Teqlər: