Rusiya Qafanda konsulluğu nə zaman açacaq? – Rəsmi

Rusiya Qafanda konsulluğu nə zaman açacaq? – Rəsmi

Qafan şəhərində Rusiya konsulluğunun açılışı üçün hələ dəqiq tarix yoxdur, lakin Rusiya prosesi sürətləndirməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya səfirliyinin müşaviri-elçisi Maksim Seleznyov deyib.

“Biz konsulluğu tez bir zamanda açmağa çalışırıq. Bu gün Moskvadan olan həmkarlarımızla, Qafan meriyası ilə birlikdə bizə uyğun gələn bir neçə obyektə baxış keçirdik. Və demək istəyirəm ki, müəyyən həll yolları var ki, biz onlarla işləməyə davam edəcəyik”, – o bildirib.

Seleznyov qeyd edib ki, Baş konsulluq iki əsas funksiyanı yerinə yetirir: faktiki konsulluq xidmətləri və siyasi funksiya:

“Biz xalqa, şəhərin, bölgənin rəhbərliyinə daha yaxın olacağıq. Gizlətməyəcəyəm ki, burada Rusiyanın iqtisadi, hərbi, sərhəd kimi varlığı mövcuddur. Baş konsulluğun açılması isə bu mövqelərimizi möhkəmlənməyə doğru daha bir addımdır”.

Teqlər: