Rusiya Prezidenti razı olsa, Türkiyədə üçtərəfli görüş keçirilə bilər – Ərdoğan

Xəbər - Humay Ağacanova – Trend:

Ukrayna Prezidenti Zelenski ilə görüşümüz zamanı Putin,
Zelenski, Ərdoğan arasında keçiriləcək üçtərəfli görüşə müsbət
yanaşdığını bildirdi.

Trend-in məlumatına görə, bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən geri
dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin də bu məsələyə
müsbət yanaşsa, ümid edirəm ki, İstanbulda və ya Ankarada görüşə
bilərik.

“Bu arada, mən cənab Putinlə telefon diplomatiyası edərək
məsələyə münasibətini öyrənəcəm. Buna uyğun olaraq işləri izləməyə
çalışacağıq. Çünki regionda real müharibə yaxşı əlamət deyil. Belə
bir şey bölgənin sağlamlığı üçün düzgün olmazdı”,- deyə o əlavə
edib.

Teqlər: