Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə imtahan keçiriləcək

Xəbər - Humay Ağacanova – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13 mart tarixində
inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər
vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə
test imtahanı keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda
iştirak etmək istəyən namizədlərin
qeydiyyatı
2022-ci il 11 mart saat 11:00-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahanın keçiriləcəyi
ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28
(keçmiş Bakı Asiya Universitetinin binası).


İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında
Şəxsi
kabinet
”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).
Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak
üçün ödəniş tarifləri ilə
buradan
tanış ola bilərsiniz. “Şəxsi
kabinet
”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif
ödəniş üsullarından (ətraflı məlumat
burada
) istifadə etmək olar. “Şəxsi
kabinet
” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən
sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında

“Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün
onlayn qeydiyyat” xidməti
vasitəsilə qeydiyyatdan keçmək
lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən
namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Teqlər: