Rusiya pandemiya ilə əlaqədar Azərbaycana uçuşlara tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb

Rusiya COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq aviareyslərə
tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyat
Agentliyinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, martın 9-dan etibarən Azərbaycan, Ermənistan,
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və
İrana müntəzəm və qeyri-müntəzəm uçuşlara tətbiq olunan
məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, bundan əvvəl, müvafiq qərar Belarus, Türkiyə,
Misir (Qahirə istisna olmaqla), BƏƏ və digər ölkələrlə bağlı qəbul
edilmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: