Rusiya özünün “Avroviziya”sını yaradır

Rusiya özünün “Avroviziya”sını yaradır

Rusiya Musiqi Assosiasiyasını yaradan Rusiyanın xalq artistləri Nikolay Baskov və Qriqori Leps təşkilat çərçivəsində “Avroviziya” müsabiqəsi keçirəcəklər. Yəni “Rus Avroviziyası” yaradılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya xalq artisti Nikolay Baskov özü deyib.

“Hazırda gələcək şounun formatı ilə bağlı müzakirələr aparılır. Formatından asılı olmayaraq, tamaşaçıları xoş sürprizlər gözləyir, çünki çıxış etmək imkanı təkcə rusiyalı sənətçilərə deyil, digər ölkələri təmsil edən müğənnilərə və qruplara da veriləcək. Yeri gəlmişkən, müsabiqə-festival onlayn da keçirilə bilər”, – o bildirib.

Maraqlıdır ki, xarici iştirakçıların seçimində siyasi prinsip rəhbər tutulacaq, yəni Rusiyanın dost ölkə hesab etdiyi ifaçılar və ya ölkələrin qrupları qarşıdakı şouda çıxış edə biləcəklər.

Teqlər: