Rusiya ordusunu belə tükəndiririk – Podolyak

Rusiya ordusunu belə tükəndiririk – Podolyak

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu dəqiq baş verəcək. Ukrayna ərazilərini Rusiyaya buraxmaq mümkün deyil. Əks halda bu, təxirə salınmış müharibə, Ukraynanın işğalı və məhvi olacaq – biz buna qətiyyən yol verə bilmərik.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyak izah edib ki, əks-hücum və onun vaxtı ilə bağlı konkret məlumatı yalnız Baş Qərargah və Ali Baş Komandan verə bilər:

“Hücum və ya əks-hücumun nə vaxt və necə baş tutacağını şərh etməyə hazır deyiləm. Operativ vəziyyət var: onlar (ruslar – red.) irəliləyirlər, biz dəf edirik və dərhal əks-hücuma keçirik. Onlar Ukrayna ərazisində hər kilometr irəliləyiş üçün çox yüksək bədəl ödəyirlər. Bu, çox yaxşıdır, çünki Rusiya ordusunu tükəndirir”.

Teqlər: