Rusiya ordusu karbon dronu sınaqdan keçirir

Rusiya ordusu karbon dronu sınaqdan keçirir

Rusiya ordusunun inventarına tezliklə “Android texnika” elmi-istehsalat birliyi tərəfindən karbon və ya fiberplastikadan yaradılan “BAS-80” dron-kamikadzesi daxil edilə bilər.

AzerTimes Rusiya mediasına istinadən xəbər verir ki, dronun bir neçə nümunəsi artıq Ukraynadakı hərbi əməliyyatlarda sınaqdan keçirilir.

Kompozit materiallardan hazırlanmış dron yüngül və kompakt ölçüləri ilə seçilir. Çəkisi 1,7 kq olan “BAS-80” 0,5 – 2 kq ağırlığında yükü 130 km/saat sürətlə daşımaq, 30 km-ə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Teqlər: