Rusiya nüvə stansiyasını bu məqsədlə vurur

Rusiya nüvə stansiyasını bu məqsədlə vurur

Rusiya hərbçiləri Zaporojye AES-i onun infrastrukturunu məhv etmək və Ukraynanın enerji sistemini söndürmək üçün bombalayır.

AzerTimes xəbər verir ki, bu barədə “Energoatom” Milli Atom Enerji Şirkəti məlumat yayıb.

“Zaporojye AES-in vurulması stansiyanın infrastrukturunu məhv etmək, enerji xətlərini zədələmək, ölkənin cənubunu elektriksiz qoymaq məqsədi daşıyır”, – bəyanatda deyilir.

Bildirilib ki, atışma davam edə bilər, çünki Rusiya AES-də nüvə və radiasiya qəzası yaratmaq ssenarisinə keçib:

“Bunun qarşısını BMT, MAQATE, habelə beynəlxalq ictimaiyyətin Rusiyanın öz qoşunlarını stansiyadan çıxarması üçün daimi təzyiqi ala bilər.

Əgər bu indi edilməsə, o zaman Rusiya AES-i nüvə terrorçuları üçün hərbi bazaya çevirmək planını həyata keçirəcək”.

Teqlər: