Kubada neft anbarları yanır: 77 nəfər yaralandı

Kubada neft anbarları yanır: 77 nəfər yaralandı

Kubanın Matanzas limanındakı tanker bazasında baş verən partlayışlarda 77 nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd edilir ki, ölkənin şimalındakı neft anbarlarında dəfələrlə partlayışlar qeydə alınıb.

Rəsmilər yanğının ildırım vurması nəticəsində yanacaq anbarlarında baş verdiyini, 77 nəfərin yaralandığını, 18 yanğınsöndürənin itkin düşdüyünü bildiriblər.

Limandakı 8 tankerdən 4-də partlayış qeydə alınıb, yanğın hələ də davam edir.

Güclü külək səbəbindən yanğını nəzarət altına almaq hələ mümkün olmayıb.

Teqlər: