Rusiya nüvə ilə blef edir? – General açıqladı

Rusiya nüvə ilə blef edir? – General açıqladı

Rusların Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə edəcəyinə dair heç bir iz görmürük.

AzerTimes xəbər verir ki, bunu Pentaqon rəsmisi, briqada generalı Patrik Rayder deyib.

“Ruslar dəfələrlə Belarusa taktiki nüvə silahı ötürməklə hədələyiblər, lakin Vaşinqton öz kəşfiyyat məlumatlarını açıqlamayacaq. Ümumi şəkildə deyim ki, bizi öz strateji qüvvələrimizin düzülüşündə dəyişiklik etməyə məcbur edəcək heç bir şey görməmişik və Rusiyanın nüvə silahından istifadə etmək qərarına gəldiyinə dair heç bir əlamət də yoxdur”, – general bildirib.

Teqlər: