Rusiya nümayəndələri BMT iclasını tərk etdi

Rusiya nümayəndələri BMT iclasını tərk etdi

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və onun birinci müavini Dmitri Polyanski Baş Assambleyanın Ukraynanın işğal olunmuş ərazilərinə həsr olunmuş iclasını tərk ediblər.

AzerTimes xəbər verir ki, bununla bağlı Nebenzya açıqlama verib.

“Ukraynanın “işğal olunmuş əraziləri” anlayışı mövcud deyil. Rusiyanın yalnız yeni əraziləri var. Kollektiv Qərb gec-tez Ukrayna ilə bağlı etdiklərinə görə cavab verməli olacaq”, – Nebenzya qeyd edib.

Teqlər: