Rusiya növbəti müharibəyə hazırlaşır – Estoniya kəşfiyyatı

Rusiya növbəti müharibəyə hazırlaşır – Estoniya kəşfiyyatı

Ukraynaya qarşı savaşdan iki il sonra Rusiya möhkəm şəkildə müharibənin üzərində dayanır və artıq növbəti münaqişəyə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə “Foreign Polisi” Estoniya kəşfiyyat rəsmilərinin bəyanatlarına istinadən məlumat yayıb.

“Kreml yaxın 10 il ərzində NATO ilə münaqişə ərəfəsində ölkə ordusunu yenidən strukturlaşdırır və genişləndirir. Vladimir Putin Ukraynanın işğalı ilə bağlı sürətli uğur qazana bilmədikdən sonra ekspertlər, o cümlədən amerikalı və xarici rəsmilər Rusiya ordusunu “kağız pələng” elan ediblər. Lakin müharibənin üçüncü ilində vəziyyət Putin üçün getdikcə stabil görünür. Onun əsas siyasi rəqibi Aleksey Navalnı öldü, ABŞ-ın Ukraynaya Konqresdəkəki mühüm hərbi yardımı dayandı və Rusiya beynəlxalq sanksiyalara məhəl qoymayaraq, müdafiə istehsalını və iqtisadi artımı stimullaşdırdı”, – məqalədə deyilir.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin baş direktoru Kaupo Rosi isə bildirib ki, Rusiya üçün hər şey yenidən plana uyğun gedir:

“Rusiya hərbi rəhbərləri müharibənin ilkin mərhələlərindəki səhvlərdən nəticə çıxarıblar. Deyəsən, ruslar, prinsipcə, orduda öyrənən quruma çevrilirlər. Onlar indi bir neçə ay ərzində döyüş meydanında yaranan problemləri həll edirlər. Rusiya ilə NATO arasında müharibə qaçılmaz deyil, Moskvanı cilovlamaq üçün daha çox iş görülə bilər. Bir çox gələcək ssenarilər bizim Qərbdəki fəaliyyətimizdən asılıdır”.

Teqlər: