Rusiya sükut rejimini elan edir və Kiyevdən və Ukraynanın bəzi
digər şəhərlərindən humanitar dəhlizlər açmağa hazırdır.
AzerTimes-ın
məlumatına görə, bu barədə Rusiya Federasiyasının Ukraynadakı
Humanitar Reaksiya üzrə Əlaqələndirici Qərargahından
bildirilib.
Məlumata əsasən, sükut rejimi yerli vaxtla saat 10:00-da (Bakı
vaxtilə 11:00) tətbiq olunacaq.
Qeyd olunub ki, Rusiya Kiyevdən və ona bitişik yaşayış
məntəqələrindən Belarus ərazisindən “sonradan hava nəqliyyatı ilə
Rusiya Federasiyasına çatdırılmaqla” humanitar dəhliz açmağa
razıdır. Qərargadan əlavə olunub ki, cənub istiqamətində humanitar
dəhlizlər “Ukrayna tərəfi ilə razılaşdırılmaqla” təmin
ediləcək.