Rusiya İsveçin NATO-ya üzvlüyünü dayandırmaq üçün hərəkətə keçir.
AzerTimes xəbər verir ki, bunu İsveç Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Tomas Nilsson deyib.
Biz Rusiyanın müxtəlif yollarla kampaniyalar apardığını görürük. Onlar İsveçdə ictimai rəyə və qərarların qəbulu prosesinə təsir etmək istəyirlər. Bizim vacib daxili nüvə adlandırdığımız demokratiya və özümüzün seçdiyimiz həyat tərzimizə və üzvlük müraciətinə təsir etməyə çalışırlar”, – Nilsson bildirib.