Əks-hücum: Ukrayna ordusu irəliləyir

Əks-hücum: Ukrayna ordusu irəliləyir

Ukrayna ordusu əks-hücumun ilkin mərhələsinin keçirildiyi Zaporojye vilayətində taktiki uğurlar əldə edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu cəbhənin azı 10 istiqamətində əks-hücum əməliyyatları aparıb:

“Xüsusi aktivlik Luqansk vilayətinin Beloqorovka istiqamətində Baxmut rayonunda, Donetsk və Zaporojye vilayətlərinin sərhədindəki Bolşoy Novoselka, Zaporojye vilayətinin Orexovo rayonunda qeydə alınıb. Ukrayna ordusu Orexovodan cənub-qərb və cənub-şərq istiqamətinə taktiki irəliləyişlər əldə edib. Ukraynanın bu uğurlarını rusiyalı hərbi jurnalistlər də təsdiq edir”, – məlumatda qeyd olunub.

Teqlər: