Rusiya NATO-nun sualtı sisteminə hücum edəcək

Rusiya NATO-nun sualtı sisteminə hücum edəcək

Rusiya NATO-nun sualtı infrastrukturuna hücuma hazırlaşır.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik üzrə köməkçisi Devid Kattler bildirib.

O qeyd edib ki, bunun üçün Rusiya rəhbərliyi alyansın sualtı sistemlərini öyrənir.

Kattlerin sözlərinə görə, Rusiya həm quruda, həm də sualtında müttəfiqlərin mühüm infrastrukturun xəritəsini çəkir və beləliklə, Moskva Avropa və Şimali Amerikadakı sualtı hədəflərə hücumlara hazırlaşır.

O əlavə edib ki, əməliyyatda Rusiya hərbçiləri və xüsusi təyinatlılar iştirak edir.

NATO baş katibinin köməkçisi xatırladıb ki, Rusiya münaqişənin ilkin mərhələlərində hərbi əməliyyatları məhz belə aparır – o, kritik infrastrukturu məhv etməyə çalışır. Moskva Ukrayna ilə müharibədə də belə taktikaya əl atıb.

Teqlər: