Bakıda 2 maşın toqquşdu: Kənarda dayanan qadın öldü

Bakıda 2 maşın toqquşdu: Kənarda dayanan qadın öldü

Ötən gün saat 08:30 radələrində Anar Yasin oğlu Ələkbərovun idarə etdiyi “Şevrolet Kruz” markalı avtomobillə Ələddin Rafiq oğlu Qasımovun idarə etdiyi “Hunday Santafe” markalı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində toqquşub.

AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, “Hunday Santafe” markalı avtomobilin idarəetməni itirərək yol kənarında əyləşmiş Xuraman Mobil qızı Həsənovanı vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən 3 saylı Sabunçu xəstəxanasında ölüb.

Faktla bağlı 03.05.2023-cü il tarixdə Sabunçu rayon Pİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Teqlər: