NATO ölkələrindəki aerodromlar Ukrayna aviasiyasının bazası üçün istifadə olunarsa, Rusiyanın qanuni hədəflərinə çevriləcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Müqavilə İdarəsinin keçmiş sədri, general-leytenant Yevgeni Bujinski deyib.
“Ukraynaya təyyərə veriləcəyi təqdirdə onlar Polşa, Rumıniya kimi NATO ölkələrinin hərbi aerodromlarından istifadə edəcəklər. Çünki müharibənin əvvəlində Ukrayna aerodromları yararsız vəziyyətə düşüb. Belə olan halda mən tam əminəm ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, məhv üçün qanuni hədəfə çevriləcək. Bundan sonra amerikalılar buna necə reaksiya verəcəklərini özləri fikirləşsinlər”, – Bujinski bildirib.