İran İsrailə bu ərazidə hücum edəcək – Semivolos

İran İsrailə bu ərazidə hücum edəcək – Semivolos

İrana edilən hücumlar əslində bir xəbərdarlıqdır. Ona vaxt verilir ki, düşünüb istiqamətini seçsin.

AzerTimes xəbər verir ki, bunu Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos İrana edilən hücumları şərh edərkən deyib.

“İran bu zərbələrlə məhz qısa müddət ərzində yarana biləcək mümkün hallar haqqında yalnız yüngül xəbərdarlıq aldı. Yəqin ki, bu, Tehrana ediləcək sonuncu dron zərbələri deyil. Əgər Tehran Moskva ilə münasibətləri gücləndirməkdə davam etsə, o zaman zərbələr intensivləşəcək. Bundan qaçmaq üçün isə Tehran Moskvadan uzaqlaşmalı, ABŞ-la danışıqlar prosesinə və nüvə sazişinə qayıtmağa razı olmalıdır”, – o bildirib.

Semivolos qeyd edib ki, rəsmi Tehran ölkəsinə edilən hücumlara cavab verəcək:

“Əvvəlcə susub, variantları hesablayacaqlar. Düşünürəm ki, İranın zərbələrə cavabı hibrid olacaq. Tehranın indi edə biləcəyi maksimum cavab Qırmızı dənizdə və ya Fars körfəzində İsrail tankerinə hücumdur. Bu hücum və cavab iki ölkə arasında bir neçə dəfədən çox baş verib. Ona görə də bunu fors-major və ya hansısa qeyri-adi hadisə kimi qəbul etmək olmaz”.

Teqlər: