Rusiya müharibəni Avropaya köçürməyə çalışır

Rusiya müharibəni Avropaya köçürməyə çalışır

Rusiya üçün Balkan münaqişəsindən istifadə edib Avropanın mərkəzində müharibə alovlandırmaq əla fürsətdir.

AzerTimes xəbər verir ki, bunu Balkan üzrə ekspert Mariya Geletey deyib.

“Bu, Rusiya üçün əla fürsətdir. Çünki Rusiya Balkanda bütün kiçik iğtişaşlardan istifadə edirdi. Buna Makedoniyada bir neçə ay əvvəl baş vermiş vəziyyəti, Kosovanın istismarını göstərmək olar. Qərb və Ukrayna mətbuatından fərqli olaraq, rus mediasında Balkan münaqişəsi ilə bağlı çağırışlar var. Orada sanki başqa cəbhə xəttində müharibə başlayır”.

Onun sözlərinə görə, Serbiya ilə Kosova arasında vəziyyət hərbi münaqişəyə çevrilə bilər:

“Ona görə də Kosova tərəfi Qərb tərəfdaşları ilə məsləhətləşmələrdən sonra güzəştə gedib. Daha ciddi toqquşmalar olarsa, NATO Missiyası vəziyyətə müdaxilə edəcək. Rusiya da bu vəziyyətdən istifadə edərək Avropanın mərkəzində müharibə alovlandıra bilər. O zaman avropalılar üçün eyni zamanda Ukrayna və Balkanları dəstəkləmək çətin olacaq”.

Teqlər: