Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi ölü tapıldı

Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi ölü tapıldı

Rusiya Müdafiə Nazirliyi Qərb Hərbi Dairəsinin Maliyyə İdarəsinin rəhbəri, 58 yaşlı Marina Yankinanın meyiti Sankt-Peterburqun Kalinin rayonunda yaşadığı evdə aşkarlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, binanın 16-cı mərtəbəsinin eyvanında onun şəxsi əşyaları və sənədləri tapılıb.

Hüquq-mühafizə orqanları hadisənin intihar olduğunu ehtimal edirlər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: