Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20 faiz səviyyəsində
dəyişməz saxlayıb.

Trend-in
məlumatına görə, bu barədə bankın qərarında deyilir.

Qeyd edək ki, qurum fevralın sonunda Rusiya iqtisadiyyatına
tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini 9,5 faizdən 20
faizədək yüksəltmişdi.

Mərkəzi Bankın bugünkü qərarında deyilir ki, fevralın sonunda
verilən qərar ölkədə maliyyə sabitliyinin dəstəklənməsinə və qiymət
artımına nəzarətin təmin olunmasına imkan verib.