Rusiya MDB ölkələri ilə bu sazişdən çıxdı

Rusiya MDB ölkələri ilə bu sazişdən çıxdı

Prezident Putin Rusiyanın MDB ölkələrinin hərbi qulluqçularının pensiya təminatı qaydası haqqında Sazişdən və MDB ölkələrinin hərbi sərhəd qoşunlarının pensiya təminatı qaydası haqqında Sazişdən çıxması haqqında qanun imzalayıb.

AzerTimes xəbər verir ki, müvafiq sənəd ölkənin hökumət saytında dərc olunub.

“Müqavilələrin denonsasiyası barədə qərar MDB ölkələrində yeni pensiya qanunvericiliyinin formalaşması ilə əlaqədar qəbul edilib, indi bu dövlətlərdə pensiya icbari pensiya sığortası üzrə ödənilmiş sığorta haqları əsasında formalaşır”, – məlumatda deyilir.

Qeyd olunur ki, müqavilələrin denonsasiyası hərbi pensiyaçıların pensiya hüquqlarına təsir göstərməyəcək.

Xatırladaq ki, sözügedən müqavilələr 1992-ci il mayın 15-də Daşkənddə imzalanıb. Sənədə əsasən, Rusiyadan başqa Birlik ölkəsinə daimi yaşamaq üçün köçərkən pensiyaçıya yaşadığı dövlətin qanunvericiliyinə uyğun olaraq pensiya təyin edilirdi.

Teqlər: