Rusiya MAQATE missiyasına bu cür əngəl olur – Zelenski

Rusiya MAQATE missiyasına bu cür əngəl olur – Zelenski

Rus işğalçıları MAQATE-nin Zaporojye AES-ə missiyasını nəticəsiz səfərə çevirməyə çalışırlar.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu gün MAQATE-nin missiyası Zaporojye AES-ə gəlib. Ukrayna bu missiyanın baş tutması üçün hər şeyi edib. Amma pis odur ki, işğalçılar MAQATE-nin bu həqiqətən zəruri missiyasını stansiyada nəticəsiz gəzintiyə çevirməyə çalışırlar. İnanıram ki, bunun qarşısı alınacaq”, – Zelenski bildirib.

Zelenski qeyd edib ki, Rusiya işğalçılarının Enerqodar sakinlərini qorxutmaqla missiyanı aldatmaq üçün çoxlu həyasızcasına işlər gördüyünə dair əlimizdə aydın sübutlar var: “İşğalçılar insanları MAQATE nümayəndələrinə yalan danışmağa məcbur ediblər”.

O əlavə edib ki, MAQATE-nin baş direktoru Rafael Qrossi və missiya üzvləri ilə Kiyevdə görüş zamanı tərəflər razılaşıblar ki, missiyanı Ukrayna və beynəlxalq medianın jurnalistləri müşayiət edəcək. Ancaq media mənsubları stansiyaya buraxılmayıb:

“Mən həqiqətən nə baş verdiyini gördüm. Təəssüf ki, işğalçılar jurnalistləri içəri buraxmayıb, öz təbliğatçılarının kütləvi toplantısını təşkil ediblər. Təəssüf ki, MAQATE nümayəndələri müstəqil media nümayəndələrini müdafiə etmədilər.

Dövlət başçısı missiyanın hələ də stansiyada yaranmış vəziyyətdən obyektiv nəticələr çıxaracağına ümid etdiyini bildirib.

Teqlər: