Rusiya “Leopard”ı məhv edəcək silahını ortaya çıxardı

Rusiya “Leopard”ı məhv edəcək silahını ortaya çıxardı

Rusiyanın Ukraynaya veriləcək müasir Qərb tanklarını avtomatik vura bilən silahı var.

AzerTimes xəbər verir ki, bunu “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin deyib.

“Söhbət pilotsuz “Marker” platformasından gedir. Üç tonluq bu robot modul silahlarla, o cümlədən tank əleyhinə raketlərlə təchiz olunub, hədəfləri avtomatik tanıya və hansının prioritet olacağına müstəqil qərar verə bilir. “Leopard” və “Abrams”la mübarizə aparması üçün müvafiq profilləri maşının yaddaşına yükləmək kifayətdir”, – Roqozin bildirib.

Rusiya mətbuatının məlumatına görə, fevralda bu robotlardan 4-ü Ukrayna cəbhəsinə göndəriləcək.

Teqlər: