Rusiya kütləvi raket hücumuna hazırlaşır – Qumenyuk

Rusiya kütləvi raket hücumuna hazırlaşır – Qumenyuk

Rusiya Ukraynanın hava hücumundan müdafiə sisteminin hazırlığını yoxlayır, kütləvi raket hücumuna hazırlaşır.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.

“Düşmən X-59 raketi ilə Nikolayev rayonuna raket hücumu həyata keçirib. Tamamilə mümkündür ki, bu, bir növ kəşfiyyat, hava hücumundan müdafiə sistemlərinin hazırlığını yoxlamaq cəhdidir. Düşmənin kütləvi raket hücumları arasındakı fasilənin artıq kifayət qədər olduğunu görürük. Və bu, gələcək hücumların hazırlandığını göstərə bilər”, – Qumenyuk bildirib.

Teqlər: